Kanaat
Kanaat — Bioklimatik Pergola
4 fəsildə istifadə olunan innovativ çardaq sistemi. Pultla açılıb-bağlanan hərəkətli alüminium tavan, panellər istənilən bucaqda dönə bilir — günəş işığını və havalandırmanı tənzimləyir. LED işıqlandırma, gizli su axıdma kanalları. Kənarlar sürmə cambalkon, giyotin və ya hebesibe ilə bağlana bilər. Şəxsi evlər, otel və restoranlar üçün.
Bioclimatic Perqola — 4 fəsildə istifadəsi mümkün olan innovativ çardaq sistemidir. Pultla açılıb-bağlanan hərəkətli alüminium tavandan ibarətdir. Tavan panellərinin istənilən bucaq dərəcəsində döndərilə bilməsi sayəsində günəş işığı və havalandırma tənzimlənir. Tavan panellərinin üfüqi istiqamətdə yığılması açıq səma effektini yaradır. Alüminium sistem bağlı olduqda tavan düz və hermetik olur. Tavanın yan profillərində led işıq kanalları yerləşdirilib. Alüminium konstruksiyası sayəsində istənilən rəngdə sifariş oluna bilir və korroziyaya uğramır. Yağış suları gizli su kanalları vasitəsi ilə axıdılır. Kənarları istəyə uyğun olaraq sürmə cambalkon, giyotin və ya hebesibe (qatlanan) ilə bağlamaq mümkündür. Şəxsi evlərdə, binaların terraslarında, otel və restoranlarda istifadə olunur.
Features
- →4 fəsil üçün bioclimatic perqola
- →Pultla idarə olunan hərəkətli alüminium tavan
- →Panellərin istənilən bucaqda dönməsi
- →Açıq səma effekti üçün üfüqi yığılma
- →Bağlı vəziyyətdə hermetik tavan
- →Yan profillərdə LED işıqlandırma
- →Gizli yağış suyu drenaj kanalları
- →Kənarlar sürmə, giyotin və ya qatlama ilə bağlana bilər
